Qəzada həlak olan ekipaj üzvlərinin büstü qoyuldu – Foto

Qəzada həlak olan ekipaj üzvlərinin büstü qoyuldu – Foto

Ötən ilin dekabr ayında təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin məzar daşı hazırlanıb.

Millətin Səsi.az Unikal-a istinadla xəbər verir ki, gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın II Fəxri xiyabandakı məzarları üzərində büstləri qoyulub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Share: