Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində həlak olan soydaşlarımızın nəşi Vətənə gətirilib.
Axar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib.
O qeyd edib ki, nəşlər xüsusi avtomobillərlə birliyin üç şöbəsinə aparılacaq:
“Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında məhkəmə-tibbi müayinə, ekspertiza keçiriləcək. Ekspert rəyi tərtib edilərək aidiyyəti üzrə Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək”.
***
Qəza nəticəsində həlak olan 3 ekipaj üzvünün və 21 sərnişinin nəşi tibbi ekspertiza məqsədilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələrinə aparılıb.