Qəzza zolağında saxlanılan girovların sayı azı 230-dur.
Bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari söyləyib.
“Qaçırılmışların 230 ailəsi bilgiləndirilib”, – hərbi qurumun nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, ordu qaçırılmış şəxslərin qaytarılması üçün əlindən gələni edir:
“Əsgərlər döyüş meydanında bu məqsəd uğrunda savaşır”.