İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsini atəşə tutması nəticəsində azı 3 nəfər ölüb.
Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“Təşkilatın Xan Yunisdəki qərargahının atəşə tutulması nəticəsində 3 məcburi köçkün ölüb, 2 nəfər isə yaralanıb”, – məlumatda qeyd edilib.