Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin Zintan şəhərində öldürülən oğlu Seyf əl-İslam, onun qətli ilə bağlı istintaq tamamlanana qədər torpağa verilməyəcək.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri onun siyasi komandasının üzvü Abdullah Osman bildirib.
Osman əlavə edib ki, cənazə Zintandakı özəl xəstəxananın meyitxanasına aparılacaq. Daha əvvəl “Al Wasat” portalı bildirib ki, Zintan və yaxınlıqdakı Ər-Rəcban şəhərinin dövlət xəstəxanaları cəsədin qəbulunu inkar ediblər.
Zintan meriyası bildirib ki, Qəzzafinin oğlu öldürülməzdən əvvəl Zindanda ona qarşı heç bir təxribat baş verməyib. Yerli hakimiyyətin sözçüsü bildirib ki, şəhərdə vəziyyət normaldır, şəhərdə və onun ətraflarında ictimai təhlükəsizliyə təhdidlər və gücləndirilmiş təhlükəsizlik tədbirləri müşahidə olunmur.


