
Leznikandco şirkəti qadın cəzaçəkmə müəssisəsində xanım məhkumlar ilə İngilis dili üzrə ilk tanışlıq dərsinə start verib.
Moderator.az xəbər verir ki dünən Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Gender bərabərliyinə nail olunmasında əsas çətinliklər” mövzusunda tədbir təşkil edilib.
Leznikandco şirkəti olaraq biz də məhkum xanımların sosial həyata tez bir zamanda qayıtması və cəmiyyətə adaptə olması üçün əlindən gələni etməyə hazır olduğunu bildirib. Şirkət xanımlara İngilis dili və IELTS proqramının tədrisi prosesini öz üzərinə götürüb.
“Ümid” adı verilən pilot layihə 8 ay ərzində davam edəcək və layihənin sonunda iştirakçılar müvafiq sertifikatlar əldə edəcəklər.
