Qadın şahmatçılar arasında Azərbaycan çempionatında sonuncu – XI turun görüşləri keçirilib.
Modern.az xəbər verir ki, son turda Nərmin Abdinova Xanım Balacayeva ilə heç-heçə oynayıb.
Gülnar Məmmədova Ayan Allahverdiyevanı, Türkan Məmmədyarova Nurtən Nuriyevanı, Xəyalə Abdulla Ləman Hacıyevanı məğlub edib.
Liderlər qrupunda qərarlaşan Gövhər Beydullayeva ağ fiqurlarla Zeynəb Məmmədyarovanı məğlub etməklə birinci yeri təmin edib. Beləliklə 11 turda 7,5 xal toplayan Gövhər Beydullayeva ardıcıl ikinci dəfə Azərbaycan çempionatının qalibi olub. Aktivində 7 xal olan Xanım Balacayeva ikinci yeri tutub. Son turda istirahət edən Səbinə İbrahimova 6,5 xalla üçüncü pillədə qərarlaşıb.