“İrəvan və Bakı arasında vasitəçilik səylərinin təkrarlanmasında rəqabətə yol verməmək lazımdır”.
Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində deyib.
O, Qahirənin danışıqlarda vasitəçi olmaq istəyini şərh edərkən bildirib ki, Moskva Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayır.
Nazir müavini xatırladıb ki, İrəvan və Bakı arasında barışıq Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlər toplusuna əsaslanır.