“Qalataasaray” Mauro İkardinin transferini yekunlaşdırıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Argentinalı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Bu transfer üçün “Qalatasaray” PSJ-yə 10 milyon avro ödəyəcək. Bu məbləğ 4 il ərzində hissə-hissə ödəniləcək. 30 yaşlı forvardın illik maaşının isə 6 milyon avro olacağı bildirilib.
Qeyd edək ki, Mauro İkardi son mövsümü icarə əsasında məhz “Qalatasaray”da keçirib. O, 26 rəsmi matçda 23 qol və 8 məhsuldar ötürmə ilə “Qalatasaray”ın çempionluğunda böyük rol oynayıb.