“Qalatasaray”ın futbolçusu İspaniya klubunda

“Qalatasaray” bu yay transfer etdiyi Valentine Ozornvaforu icarəyə verib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi nigeriyalı müdafiəçini İspaniya Sequndasında çıxış edən “Almeriya”ya göndərib. 20 yaşlı müdafiəçi 2019/20 mövsümünü İspaniyada keçirəcək.

Qeyd edək ki, “Qalatasaray” Ozornvaforu bu yay Nigeriyanın “Enyimba” klubundan 300 min avroya transfer edib.

Share: