Türkiyə millisinin sabiq futbolçusu Mustafa Yücedağ dünyasını dəyişib.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Hollandiyada olarkən ürək tutmasından ölüb.
54 yaşlı Yücedağın peşəkar futbolçu karyerası 1985-1995-ci illəri əhatə edir. 1990-1992-ci illərdə “Qalatasaray”ın, ardından bir il də “Fənərbaxça”nın formasını geyinmiş mərhum futbolçu Frank Raykardın dönəmində “Qalatasaray”da köməkçi məşqçi vəzifəsini də icra edib.