Qanunsuz ovla bağlı cərimələr ARTIRILIR

2022-ci ilin ötən dövrü ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ovla bağlı 70 qanun pozuntusu üzrə 70 mindən çox cərimə tətbiq edib.

 

Modern.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

 

O bildirib ki, nazirlik tərəfindən cərimələrin artırılmasına görə ovçuluğun tənzimlənməsi ilə əlaqədar 176 nömrəli qərara dəyişikliyin edilməsi ilə bağlı məsələ qaldırılıb:

 

“Cərimələrin artırılması aidiyyəti qurumlarla razılıq mərhələsindədir. Növbəti ildə qərara dəyişiklik olunaraq şərtlər daha da sərtləşdiriləcək. Burada həm cəza tədbirlərinin, həm də tətbiq olunacaq cərimələrin miqdarının artırılması nəzərdə tutulub”.

Mənbə

Share: