Qara dənizdə Moldova bayrağı altında üzən gəmi vurulub

Ukraynanın Odessa limanı yaxınlığında Moldova bayrağı altında üzən gəmi raketlə vurulub.

Millətin Səsi.az xarici mediayaya istinadən xəbər verir ki,  gəmidə yaralıların olduğu açıqlanıb.

Moldova Dəniz Agentliyinin direktor müavini Vadim Pavalaçi Reuters agentliyinə bildirib ki, “Millennial Spirit” adlı gəminin heyəti rus olub.

“Biz indicə eşitdik ki, 10 dəqiqə əvvəl bütün ekipaj xilas edilib, lakin iki nəfər ağır yaralanıb və xəstəxanaya aparılıb”, – Pavalaçi deyib.

Share: