Qara dənizdə Türkiyənin gəmisi atəşə tutuldu

Qara dənizdə balıqçı gəmisi atəşə tutulub.

Trend-in məlumatına görə, gəmi Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən atəşə tutulub.

İnsident nəticəsində Türkiyəyə məxsus gəminin 3 ekipaj üzvünün yaralandığı bildirilir.

Gəminin 8 nəfərdən ibarət ekipaj üzvü Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən saxladıqdan sonra gəminin batırıldığı deyilir.

Türkiyə tərəfindən hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib.

Share: