Qarabağ icması İlham Əliyevi təbrik etdi

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyəti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milletinsesi.az məktubun mətnini təqdim edir:

“Möhtərəm Cənab Prezident,

Sizi doğum günü münasibətilə bütün kollektivimiz adından səmimi-qəlbdən təbrik edirik!

Ölkəmizə rəhbərlik etdiyiniz illər ərzində Azərbaycan xalqı tərəfindən Sizə göstərilən etimadı ən yüksək şəkildə daim doğruldaraq, vətənimizin inkişafı üçün misilsiz xidmətlər göstərmisiniz. Sizin müdrik siyasətiniz və əsl sərkərdəlik bacarığınız, o cümlədən həqiqətlərimizin dünyaya çatdırılması istiqamətində göstərdiyiniz diplomatik məharət Vətən müharibəsində parlaq qələbə qazanmağımızla nəticələndi. Bununla xalqımızın 30 illik Vətən həsrətinə son qoydunuz! Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı kimi tariximizin ən şanlı qələbəsini xalqımıza yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk! Məhz Sizin Azərbaycan xalqı qarşısında misilsiz xidmətinizin nəticəsidir ki, bütün dünya azərbaycanlıları qalib xalqın nümayəndələri olmağın qürurunu yaşayırlar.

Əminik ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası daha da inkişaf edəcək, xalqımızın rifahı, xoşbəxt gələcəyi və firavanlığı təmin ediləcək.

Sizə şərəfli işinizdə uğurlar və möhkəm cansağlığı arzulayırıq! Biz Sizin kimi rəhbərimizin olması ilə fəxr edirik!”

 

Share: