“Qarabağ” inanılmaz dərəcədə yüksək keyfiyyətli komandadır”.
Bunu Çexiyanın “Viktoriya” (Plzen) komandasının qapıçısı Yindrjix Stanek Bakıda “Qarabağ”la qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.
26 yaşlı qolkiper doğma meydanda qələbə qazanacaqlarına inandığını bildirib:
“Bakıda çox işim olacağını gözləyirdim. Artıq rəqibin tempinə öyrəşdim. Cavab görüşünü öz meydanımızda keçirəcəyik. Evdə oynamaq həmişə daha yaxşıdır. Çempionlar Liqasının qrup mərhələsinə yüksələcəyimizə inanıram”.
Qeyd edək ki, avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.