“Qarabağ məsələsi İrəvanda başa çatmalıdır” – Zahid Oruc

“Qarabağ məsələsi İrəvanda başa çatmalıdır” – Zahid Oruc

“Qarabağ məsələsi İrəvandan başladı, orada da başa çatmalıdır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə keçirilən “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmədə deputat Zahid Oruc bildirib.

 

“Azərbaycanın 32 illik dövlət müstəqilliyinin bərpası, o cümlədən İrəvanın itirilməsindən sonra ilk dəfədir ki, tarixi torpaqlara Qayıdış mövzusu rəsmi, açıq, planlı, vahid strateji baxışla cəmiyyətin müxtəlif təbəqələri-dövlət hakimiyyəti və vətəndaş birlikləri, elmi və siyasi institutları, 3-cü sektor və partiyaları, medianın birgə iştirakı, müxtəlif ideologiyaları bir araya gətirməklə müzakirələri aparılır. Göründüyü kimi, yalnız hakimiyyətin, ayrıca partiyaların, hərəkatların, sosial qrupların deyil, bütövlükdə millətimizin yeni siyasi gündəliyi formalaşır. Əlbəttə, əgər 44 günlük müqəddəs müharibədə parlaq Zəfərimiz olmasaydı, yeni ideoloji hədəflər-Qayıdış hərəkatı ətrafında da birləşmək mümkün olmazdı. Qərbi Azərbaycan idealının milli gündəliyin önünə çıxdığı 2023-cü ilin Ulu öndərin anadan olmasının 100 illik yubileyi ilə üst-üstə düşməsi əsla rəmzi məna daşımır, çünki hər iki fenomeni gerçək tarixi, mənəvi, siyasi tellər bir-birilə bağlayır”, – deyə komitə sədri vurğulayıb.

Mənbə

Share: