Qarabağın qısa müddət ərzində regionun parlaq ulduzuna çevriləcəyinə inanıram.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycanlı qardaşlarımız işğaldan azad etdikləri ərazilərdə başladıqları bərpa və yenidənqurma işlərini sürətlə davam etdirir. Ötən il Şuşa və Füzuliyə səfər zamanı buradakı işlərlə tanış olmuşduq. Bir il sonra Qarabağın gəldiyi nöqtəni görmək, gündən günə inkişafını müşahidə etmək bizi çox məmnun etdi”, – deyə Ərdoğan qeyd edib.