“Qarabağ” “Şamaxı”ya da uduzdu

“Qarabağ” “Şamaxı”ya da uduzdu

Azərbaycan kubokunda 1/4 finalın ilk oyunları davam edir.

Millətin Səsi.az xəbər verir ki, bu gün daha bir oyun keçirilib. “Qarabağ” Şamaxıda eyniadlı komandanın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

“Şamaxı”nın heyətində Kərim Rossi dulb edib. Ağdam klubunun yeganə qoluna isə Musa Qurbanlı imza atıb.

1/4 finalın ilkin oyunlarına bu gün yekun vurulacaq. Son maçtda “Turan Tovuz” “Kəpəz”lə üz-üzə gələcək. Saat 19-da başlayacaq görüş Bakıdakı “Azərsun Arena”da keçiriləcək.

Azərbaycan kuboku: 1/4 final, ilk oyunlar

5 fevral

“Şamaxı” – “Qarabağ” 2:1

Qollar: Kərim Rossi, 26; 41 – Musa Qurbanlı, 79.

19:00 “Turan Tovuz” – “Kəpəz”.

Share: