Sentyabrın 28-də təxminən 06:50 radələrində Ermənistan ordusununun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşən hərbi məntəqələrindən birində naməlum şəraitdə ölmüş hərbi qulluqçu cəsədi aşkar edilib.
Milletinsesi.az xəbər verir ki, bu barədə qondarma “dqr”in “müdafiə nazirliyi” informasiya yayıb.
Məlumata görə, 1999-cu il təvəllüdlü Arman Levonyan güllə yarasından ölüb.
Faktla bağlı araşdırma başladılıb.