Qarabağdakı Rusiya vətəndaşları “FSB” agentinin rəhbərliyi ilə yenidən toplandı…-FOTO

Qarabağdakı Rusiya vətəndaşları “FSB” agentinin rəhbərliyi ilə yenidən toplandı…-FOTO

“Görəsən, Rusiya “sülhməramlı”ları Qarabağ torpaqlarımızdan çıxanadək oradakı Rusiya vətəndaşlarının sayı nə qədər olacaq?..”

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmiş  Qarabağdakı qanunsuz “Rusiya icması”nın himayəsi altında “Qarabağ torpağında rus pravoslavlığının dirçəlişi” devizi ilə Qarabağda yaşayan Rusiya Federasiyası vətəndaşlarının  məclisi keçirilib.

 

Moderator.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.

 

Əyanilik üçün xəbərin tərcüməsini olduğu kimi nəzərinizə çatdırırıq:

 

“Erməni Apostol Kilsəsinin Artsax Yeparxiyasının  zəvvarları ilə birlikdə görüşlər, kilsə və monastırlara səfərlər mütəmadi olaraq davam etdiriləcək. Rusi pravoslav kilsəsinin  ziyarətçiləri ilə erməni apostol kilsəsi arasında əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetiriləcək.

 

İcma üzvləri arasında ruslar, ukraynalılar və belaruslarla yanaşı, Rusiya Federasiyasının vətəndaşları olan ermənilər və  az sayda yunanlar, gürcülər və osetinlər də var. Bu baxımdan konfessiyalararası və millətlərarası əlaqələrin inkişafı üçün hər cür səy göstəriləcəkdir.

 

“Qondarma “Rusiya icması”nın  2021-ci ildə apardığı slavyanların və Rusiya Federasiyası vətəndaşlarının siyahıyaalınmasının nəticələrinə görə, təşkilatda 1500-dən çox rus və Dağlıq Qarabağda daimi yaşayan 2500-ə yaxın slavyan qeydiyyata alınıb.

 

P.S. Görəsən, Rusiya “sülhməramlı”ları Qarabağ torpaqlarımızdan çıxanadək oradakı Rusiya vətəndaşlarının sayı nə qədər olacaq?..

 

P.P.S. Qarabağdakı “Rusiya icması”nın rəhbəri  “FSB” yetirməsi Aleksandr Bordovdur.

 

Sultan Laçın

Mənbə

Share: