“Qarabağ” klubu “Zirə”dən ayrılan Hamidu Keytanı transfer edib.
Modern.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin saytında məlumat yayılıb.
Bildirilir ki, 28 yaşlı fransalı hücumçu ilə üç illik müqavilə imzalanıb.
O, “Qarabağ”da 17 nömrəli formanı geyinəcək.