“Qarabağ”ın 42 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb

“Qarabağ”ın daxili yarışlarda məğlubiyyətsiz oyunlar seriyası başa çatıb.

 

Bu, Ağdam təmsilçisinin Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qəbələ”yə 0:1 hesabı ilə uduzmasından sonra baş verib.

 

Bunadək 42 matçda yenilməyən “köhlən atlar” 43-cü görüşündə məğlubiyyət acısı yaşayıb.

 

“Qarabağ” bundan əvvəl sonuncu dəfə 2021-ci il oktyabrın 25-də Premyer Liqada “Səbail”ə 1:3 hesabı ilə uduzub. Bu isə o deməkdir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv təqribən 14 aydan sonra ölkədaxili yarışda məğlub olub.

 

Qeyd edək ki, “Qarabağ” beynəlxalq arenada son məğlubiyyətini isə bu il oktyabrın 27-də Avropa Liqasının qrup mərhələsinin V turunda Fransada “Nant”dan alıb – 1:2.

Mənbə

Share: