“Qarabağ”ın Azərbaycan kubokunun 1/4 final mərhələsində “Keşlə” ilə keçirəcəyi cavab oyununun tarixi dəyişdirilib.
Milletinsesi.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Ölkəmizi Avropa Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” görüşün vaxtının 1 gün dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edib. Yarışların Əsasnaməsini və “Keşlə” klubunun razılıq məktubunu rəhbər tutan PFL “Keşlə”- “Qarabağ” oyununu 12 fevral tarixindən 11 fevral tarixinə keçirib.
Qeyd edək ki, komandalar arasında ilk oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, “Qarabağ” “Marsel” ilə ilk görüşünü fevralın 17-də Fransada keçirəcək. Cavab oyunu fevralın 24-ü Bakıda olacaq.