
Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) ilk oyunu keçiriləcək.
Milletinsesi.az xəbər verir ki, komandalar Dublindəki “Tolka Park” stadionunda üz-üzə gələcəklər. Matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Cavab oyunu isə iyulun 16-da Belfastdakı “Windsor Park” arenasında keçiriləcək.
“Şelburn” və “Linfild” arasındakı görüşlər yalnız bu komandaar üçün yox, həmçinin Azərbaycan təmsilçisi “Qarabağ” üçün də önəmlidir. Belə ki, cütün qalibi 2-ci təsnifat mərhələsində Ağdam klubuna rəqib olacaq.
Qeyd edək ki, ÇL-in 2-ci təsnifat mərhələsinin ilk matçları iyulun 22-23-də, cavab görüşləri isə iyulun 29-30-da oynanılacaq.