“Qarabağ”la matçda komandama kömək etməyə hazıram”

“Qarabağ”la matçda komandama kömək etməyə hazıram”

“Sabahkı matçda komandama köməklik etmək üçün hazıram”.

Bunu Belçikanın “Gent” klubunun futbolçusu Endryü Hülsager Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Danimarkalı yarımmüdafiəçi “köhlən atlar”ın yaxşı komanda olduğunu bildirib: “Nəticə üçün əlimizdən gələni etməliyik. Bizim üçün çətin olacaq. Rəqib evdə və səfərdə yaxşı mübarizə aparır”.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq. (report)

Mənbə

Share: