“Qarabağ”la oyundan öncə “Frayburq”da zədəlilərin durumuna aydınlıq gəlib

 

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”ı qəbul edəcək Almaniya “Frayburq”unda zədəli futbolçuların durumuna tam aydınlıq gəlib.

Milletinsesi.az yerli mətbuata istinadən xəbər verir ki, Bundesliqada V turun “Bayer”lə səfər qarşılaşmasında (3:2) sifətindən ağır zədə alan Roland Şallainin ən azı 2 matçda meydana çıxmayacağı dəqiqləşib.

Həmin görüşdə topuğundan zədələnən Manuel Quldenin və zədəsini yenicə sağaldan Daniel-Kofi Körehin vəziyyəti isə normaldır. Almaniyalı müdafiəçi ilə qanalı hücumameylli yarımmüdafiəçi sentyabrın 8-də Azərbaycan çempionu ilə oyunda iştirak edə bilər.

Qeyd edək ki, “Europa-Park” stadionunda təşkil olunacaq “Frayburq” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Mənbə

Share: