“Qarabağ”la oyunu buraxacaqları dəqiqləşdi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vilyarreal”ın zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Qol.az AS nəşrinə istinadən xəbər verir ki, müdafiəçi Pervis Estupinyan və hücumçu Jerar Moreno tibbi müayinədən keçib. Onların hər ikisinin azı 3 həftə meydana çıxa bilməyəcəyi məlum olub. Bu isə o deməkdir ki, sözügedən futbolçular “Qarabağ”la oyunu buraxacaqlar.

Qeyd edək ki, “Vilyarreal”da yarımmüdafiəçi Frensis Kokelin da zədədən əziyyət çəkir. Müdafiəçi Sofian Çakla isə koronavirusa yoluxub.

“Qarabağ” “Vilyarreal”la oktyabrın 29-da Bakıda qarşılaşacaq.

Share: