Baş prokuror Zakir Qaralov iki rayona yeni prokuror təyin edib.
Milletinsesi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. O qeyd edib ki, dövlətin həyata keçirdiyi gənclər siyasəti prokurorluq orqanlarında da özünü göstərir.
“Baş prokuror Zakir Qaralovun əmrilə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Mehman Xankişiyev Şəki, Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Ramil Əliyev isə Siyəzən rayon prokuroru vəzifələrinə təyin ediliblər”, – o bildirib.