“Qardaş yumruğu” anti-türk qüvvələrə hərbi-siyasi mesajdır”

“Azərbaycan və Türkiyənin “Qardaş yumruğu” adlı birgə hərbi təlimləri anti-türk qüvvələrinə hərbi-siyasi mesajdır”.

 

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu təlimlər Azərbaycan və Türkiyə arasında genişlənən hərbi əməkdaşlıq əlaqələrini əks etdirməklə yanaşı, həm də hər iki dövlətin regiodna sülh və təhlükəsizliyin təminində nə qədər qərarlı olduğunu göstərir:

 

“Təbii ki, “Qardaş yumruğu” təlimi hər şeydən öncə Azərbaycanla Türkiyə arasında hərbi sahədə genişlənməkdə olan əlaqələri əks etdirir. Bu təlimlər göstərir ki, iki dövlət arasında hərbi əməkdaşlıq sürətlə genişlənməkdə, mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoymaqdadır.

 

Bu təlimlər həm də Azərbaycan və Türkiyənin bölgədə sülh və sabitliyi təmin etməkdə nə qədər qərarlı və qətiyyətli olduğunu göstərir. Azərbaycan və Türkiyə bu təlimlərə göstərir ki, əgər kimsə, hansısa bir qüvvə bölgədə gərginlik yaratmaq, sabitlik üçün təhlükə törətmək, türk dünyasının maraqları əleyhinə hərbi müstəvidə hər hansı addım atmaq istəyərsə, o zaman qarşısında “Qardaş yumruğu”nu görəcək.

 

Bu baxımdan, hər kəs bu təlimlərdən lazımi nəticə çıxarmalı, Azərbaycan və Türkiyəyə qarşı təxribatlardan çəkinməlidir. Bundan dərs çıxarmayaraq təxribata cəhd edənlər, ən sərt şəkildə cavablarını alacaqdır”.

 

Mənbə

Share: