
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gedib.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Konfrans zamanı o, ikitərəfli görüşlər keçirəcək, həmçinin panel müzakirəsində iştirak edəcək.
Qaribaşvili ilə yanaşı ölkənin xarici işlər, müdafiə naziri və hökumət aparatının rəhbəri də Almaniyaya səfər edib.
Akif İsmayılov