Moskva klinik xəstəxanasının infeksionisti korona xəstələrinin vəziyyətini yüngülləşdirəcək tövsiyələr verib.
Evdə müalicə alanlar pnevmoniya oldu-olmadı koronavirus təsdiqlənibsə, gün ərzində bol, 2 litrə qədər maye içməli və tez-tez qarnı üzərində, qolları yuxarı uzanmalıdır. Bu, ağciyərlərin işini yaxşılaşdırır, qanın oksigenlə dolmasını təmin edir.
“Xəstə kürəyi üstə uzandıqda, ağciyərlərin hava tutumu azalır. Ona görə dincələrkən də qarının və dizlərin altına yumşaq yastıq qoyaraq, qarnı üzrə uzanmaq lazımdır. Bu vəziyyət müalicəvidir. Bu zaman qanda oksigen və saturasiya 1-2 dərəcə artır”. /medicina.az