Qasırğa ABŞ-da evlərin damlarını qoparıb: ölən və yaralananlar var

Amerikanın İndiana və Oqayo ştatlarında qasırğa nəticəsində 1 nəfər ölüb, azı 130 nəfər xəsarət alıb.

“Associated Press” xəbər verir ki, qasırğa ciddi dağıntılar törədib: evlərin damları qoparılıb, pəncərələr sınıb, elektrik təhcizatında problemlər yaranıb. Belə ki, 68 min evin işığsız qaldığı bildirilir.

Son bir neçə gün ərzində Oklahoma ştatında baş verən qasırğalar, fırtınalar və daşqınlar nəticəsində 6 nəfər ölüb, 100 yaxın adam yaralanıb.

Share: