2012-ci ildə Amerikanın Lousiana əyalətində İsaak qasırğası baş vermişdi.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, həmin dövrdə hələ körpə olan Jill adlı sincab könüllülər tərəfindən xilas olunub. Hazırda sahibi ilə birlikdə yaşayan və 7 yaşında olan Jill “İnstagram” hesabı ilə izləyicilərinin sevimlisinə çevrilib. 630 mindən çox izləyicisi olan Jillin bir-birindən sevimli fotoları bu hesabda paylaşılır.
Jill onun üçün xüsusi olaraq hazırlanan oyuncaq ayısı ilə yatır. Bundan başqa sahibi Jillonun səyahət etməyi çox sevdiyini və uzun səyahətlərdə olduqca rahat olduğunu da bildirib.