“Napoli” bu ay Cennaro Qattuzonu baş məşqçi vəzifəsindən azad edə bilər .
Qol.az xəbər verir ki, bu barədə “Sportmediaset” məlumat yayıb. Bildirilib ki, klub prezidenti Aurelio De Laurentiis 43 yaşlı mütəxəssisin gələcəyinə “Atalanta” (İtaliya Kubokunda) və “Yuventus” (A Seriyasında ) ilə oyunların nəticələrinə əsasən qərar verəcək .
Nəticələr qənaətbəxş olmayacağı təqdirdə, Qattuzo böyük ehtimalla istefaya göndəriləcək və onun yerinə klubda çalışmış Rafael Benites və ya Valter Madzarri dəvət edilə bilər .
Bundan əvvəl De Laurentiis və Qattuzo arasındakı münasibətlərin kəskinləşdiyi məlum olmuşdu.
Qeyd edək ki, “Atalanta” – “Napoli” oyunu 10 fevral, “Napoli” – “Yuventus” matçı isə 13 fevralda keçiriləcək.