Qayınatanın yerinə kürəkən təyin olundu- Nazirdən qohumlara “jest”

Kamran Rəsulov Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub.

Millətin Səsi.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Nazir AzTU-da prorektor olan Abuzər Mirzəliyevi tutduğu vəzifəsindən azad edərək, Kamran Rəsulovu prorektor vəzifəsinə təyin edib.

Qeyd edək ki, yeni təyin olan Kamran Rəsulov işdən çıxarılan Abuzər Mirzəliyevin kürəkənidir.

Share: