
Banqladeşin şimalında içərisində onlarla adamın olduğu qayıq batıb.
Modern.az xəbər verir ki, qayığın batması nəticəsində azı 23 nəfər ölüb.
Ölənlər arasında qadınlar və uşaqlar da var.
Təxminən 50 nəfər itkin düşmüş hesab olunur.
Qəzanın səbəbləri hələlik məlum deyil.