“Buraya qayıtmaq alınmasa, komandaya uğurlar arzulayacağam və onlara azarkeşlik edəcəyəm”.
Bunu “Sabah”ın futbolçusu Aleksey Kaşuk deyib.
Müqavilə ilə Ukrayna “Şaxtyor”una məxsus olan 23 yaşlı yarımmüdafiəçi klubdakı taleyinin Donetsk təmsilçisindən asılı olacağını bildirib: “Azərbaycanı, “Sabah”ı çox bəyənirəm. Buraya qayıtmaq alınsa, çox şad olacağam. Ümid edirəm ki, gələcək karyeram üçün ən yaxşı qərarı qəbul edəcəyik”.
Kaşuk “Şaxtyor” transfer üün hansı məğləği tələb etdiyini bilmədiyini sözlərinə əlavə edib.
Ukraynalı oyunçu bu mövsümkü çıxışlarını və UEFA Konfrans Liqasındakı şansları da dəyərləndirib. “Sabah” üçün uğurlu il alındı. Sonadək birinci yer üçün oynadıq. Komanda saxlanılsa, yeni futbolçular gəlsə, birinci yer uğrunda mübarizə aparmaq mümkündür. Mövsümün əvvəlində məqsədimiz avrokuboklara vəsiqə qazanmaq idi. Bunu çempionatın sonuna bir neçə tur qalmış əldə etdik. Avrokuboklarda oynayacağımıza görə şadam. Ümidvaram ki, püşkdə bəxtimizə yaxşı komanda çıxacaq və mərhələ adlayacağıq”.