Qazaxda 74 yaşlı kişini maşın vurdu

Qazaxda 74 yaşlı kişini maşın vurdu

Qazaxda 74 yaşlı kişini avtomobil vuraraq öldürüb.

Millətin Səsi.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Anar Rəhman oğlu Kazımov idarə etdiyi BMV markalı avtomobillə Qazax şəhəri, Səməd Vurğun küçəsində hərəkətdə olan zaman yolu keçən piyada, 1952-ci il təvəllüdlü Faiq Məcid oğlu İsmayılovu vurub.

Nəticədə kişi xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.

Share: