Qazaxıstan Azərbaycandan qeyri-müəyyən müddətə pomidor idxalını dayandırıb.
Bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi bildirib.
Qeyd olunur ki, yanvarın 2-dən 12-dək Azərbaycandan idxal olunan pomidorlarda qəhvəyi meyvə qırışı virusu aşkar edilib.
İdxalın dayandırılması qərarı yanvarın 16-da qəbul edilib. Qadağa müvəqqəti xarakter daşıyır. (Trend)