Qazaxıstan klubunda 25 nəfərdə koronavirus aşkarlandı

Qazaxıstan klubunda 25 nəfərdə koronavirus aşkarlandı

Qazaxıstanın “Kaysar” klubunda 25 nəfər koronavirusa yoluxub.

Qol.az “Sport.kz” saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stoyço Mladenov məlumat verib. O bildirib ki, virusa yoluxanlardan 10-u futbolçudur. Komandanın məşqləri dayandırılıb.

Qeyd edək ki, Qazaxıstan çempionatı iyulun 1-də bərpa olunmalıdır. “Kaysar”ın ilk oyunu “Taraz”ladır.

Share: