Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin nümayəndə heyəti Milli Müdafiə Universitetində olub.
Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.
Daha sonra qonaqlara Milli Müdafiə Universitetinin tarixi, struktur və təhsil səviyyəsinin təşkili haqqında geniş brifinq təqdim olunub.
Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.