Qazaxıstan oyununun biletləri satışa çıxarıldı

Qazaxıstan oyununun biletləri satışa çıxarıldı

Azərbaycan yığmasının Qazaxıstana qarşı keçirəcəyi UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununun biletləri satışa çıxarılıb.

 

Modern.az xəbər verir ki, biletlərin qiyməti 2 – 10 manat aralığındadır.

 

Azarkeşlər bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet əldə edə bilərlər.

 

Qeyd edək ki, sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Qazaxıstan görüşü saat 20:00-da başlayacaq. Yığma sentyabrın 22-də Slovakiyanın qonağı olacaq. Komanda C Liqasının 3-cü qrupunda 4 qarşılaşmadan sonra 4 xalla üçüncü pillədə qərarlaşıb.

Mənbə

Share: