Qazaxıstan Türkiyəyə humanitar yardım göndərəcək.
Prezident Kasım-Jomart Tokayevin sərəncamına uyğun olaraq, Qazaxıstan Türkiyəyə əlavə humanitar yardım göndərəcək.
Məsələ birinci müavin Roman Sklyarın sədrliyi ilə keçirilən hökumət komissiyasının iclasında müzakirə olunub.
55 tonluq humanitar yardıma paltarlar (isti gödəkcələr və şalvarlar), qış çadırları, metal çarpayılar, yataq dəstləri və digər zəruri mallar daxildir.
Bildirilib ki, yardım təyyarə ilə Türkiyənin Qaziantep şəhərinə aparılacaq.