Qazaxıstanda koronavirusa 802 nəfər yoluxub. Son sutka ərzində COVID-19-a yoluxmuş 21 hal qeydə alınıb.
Almatıda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.
Respublika əməliyyat Qərargahının məlumatına görə, ümumilikdə ölkədə 802 koronavirus halı təsdiqlənib, 60 nəfər sağalıb, doqquz nəfər dünyasını dəyişib.
Qeyd edək ki, Çindən Qazaxıstana yardım üçün həkim briqadası gəlib. Onlar 15 gün ərzində Almatı və Karaqanda şəhərlərində yerli həkimlərə COVID-19 xəstələrinin müalicəsinə kömək göstərəcəklər.