Qazaxıstanda da çempionat dayandırıldı

Koronavirusa görə Qazaxıstanda da bütün futbol yarışları dayandırılıb.

Qol.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, ən azı aprelin 15-dək oyunlar keçiriməyəcək.

Ölkədə bu gündən bir aylıq fövqəladə vəziyyət rejimi qüvvəyə minib. Məqsəd əhalinin təhlükəsizliyinin təmin edilməsidir.

Qeyd edək ki, bundan əvvəl qonşu ölkələrdən Gürcüstan və İranda da bütün idman tədbirləri dayandırılıb. Türkiyədə isə yarışlar azarkeşsiz keçirilir.

Share: