Qazaxıstanda güclü zəlzələ

Qazaxıstanda 6,2 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanları Taldıkorqan və ölkənin ən böyük şəhəri – Almatı sakinləri hiss ediblər.

“RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə regional fövqəladə hallar idarəsinin mətbuat xidməti xəbər yayıb.

Dağıntı və tələfat haqqında məlumat verilmir.

Agentliyin informasiyasına görə, təkanlar yerli vaxtla saat 06:10-da (Bakı vaxtı ilə 04:10-da) qeydə alınıb.

Zəlzələnin episentri Almatıdan 244 km şimal-şərqdə, dağlıq ərazidə, Yeskeldinski rayonunun ərazisində olub. Zəlzələocağı yerin səthindən 25 km dərinlikdə yerləşib.

Share: