Qazaxıstanın 2022-ci il iğtişaşları “inqilab mütəxəssisləri” tərəfindən idarə olunub- prezident

Qazaxıstanın 2022-ci il iğtişaşları “inqilab mütəxəssisləri” tərəfindən idarə olunub- prezident

2022-ci ilin yanvarında ölkədə alovlanan iğtişaşlara “inqilab mütəxəssisləri” nəzarət edib.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib.

“İğtişaşların təhrikçiləri inqilab mütəxəssislərinin nəzarəti altında hökumətin yanacağın qiymətini qaldırmaq qərarından istifadə edərək kütləvi nümayişlərə səbəb olublar”, – Tokayev “Türkistan” qəzetinə müsahibəsində deyib.

“Daha sonra çaxnaşma vətəndaşlar, məmurlar və təəccüblü odur ki, öz postlarını tərk edərək, məxfi sənədləri və silahlarını qoyub getmiş təhlükəsizlik qüvvələri arasında yayılıb. Milli Təhlükəsizlik Komitəsinin və Daxili İşlər Nazirliyinin bir sıra yüksək vəzifəli şəxsləri peşəkarlıq və vətənə sədaqət sınağından çıxa bilməyiblər”, – Qazaxıstan lideri əlavə edib.

Qeyd edək ki, 2022-ci il yanvarın əvvəlində Qazaxıstanda iğtişaşlar alovlanıb. Etirazçılar polis və ordu zabitlərinə hücum ediblər. Prezident Kasım-Jomart Tokayev bunun dövlət çevrilişinə cəhd olduğunu deyib və Rusiyanın rəhbərlik etdiyi postsovet təhlükəsizlik bloku olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yardım istəyib. Yanvarın 7-də Qazaxıstanda vəziyyət sabitləşib, yanvarın 19-da ölkə üzrə fövqəladə rejim ləğv edilib. Rəsmi statistikaya görə, iğtişaşlar nəticəsində 238 nəfər ölüb, 4500-dən çox insan xəsarət alıb.

Share: