Qazaxıstanın Baş Qərargah rəisi Türkiyədə səfərdədir

Qazaxıstanın Baş Qərargah rəisi Türkiyədə səfərdədir

Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Marat Xusainovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

 

“Report”un xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

 

M.Xusainov Sualtı Hücum Komandanlığını (SAT) ziyarət edib. Baş Qərargah rəisinə SAT-ın fəaliyyəti və imkanları barədə məlumat verilib.

 

Mənbə

Share: