
“Müharibə iştirakçıların məsələləri ilə bağlı qanunlara yenidən baxılmalıdır və ya müəyyən istisnalar olmalıdır”.
Modern.az xəbər verir ki, bu barədə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri Emin Həsənli Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin “Parlament – QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda təşkil etdiyi ictimai dinləmədə deyib:
“Bu gün ordumuzun Türkiyə modelinə keçirilməsini üstün tuturuqsa, bu sahədə də Türkiyə modelinə keçilməlidir. Çünki Türkiyə modelində qazilər və şəhidlərlə bağlı məsələlər xüsusi olaraq işlənir. Qazilər bu gün qanun boşluğuna görə əziyyət çəkir, müavinət ala bilmir. Yetimlər evində böyüyən şəhidlə bağlı danışmaq lazımdır. Qanuna bir vergül qoyulub, yazıla bilər ki, şəhidin ailəsi yoxdursa, onun varisi qardaşı olsun. Qanunvericilikdə boşluqlar olduğundan da, şəhidin qardaşının başına o qədər işlər gəlir”.